Bayden və Sunak Belfastda Ukraynadakı vəziyyəti müzakirə edəcəklər
ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün Belfastda keçirilməsi planlaşdırılan görüşdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa üzrə direktoru Amanda Sloat bildirib.
“Liderlərin Ukraynadakı son hadisələri, o cümlədən Ukrayna xalqını dəstəkləmək üçün davam edən birgə səylərimizi müzakirə etmək imkanına malik olacağını gözləyirəm”, - o deyib.