DİN: "Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə psixiatriya xəstəxanasındadır"

DİN: "Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə psixiatriya xəstəxanasındadır"

Görüntüləri yayılan A.C sağlamlığında olan psixoloji problemlərlə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.

Bu barədə “Birxeber.Az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur.