Qubada 15 yaşlı qız dəm qazından ölüb

Qubada 15 yaşlı qız dəm qazından ölüb

Quba rayonunda 15 yaşlı yeniyetmə qız dəm qazından ölüb.

"Birxeber.Az" xəbər verir ki, Hacıhüseynli kənd sakini, 2009-cu il təvəllüdlü Ayla Vəlixanova yaşadığı evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənib. O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.