Türkiyə Suriyada 16 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG terrorçularına növbəti zərbə endirib.
"Birxeber" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində PKK/YPG-nin 16 terrorçusu məhv edilib.
Əməliyyat "Barış Pinarı", "Zeytun Budağı" və "Fərat Qalxanı" bölgələrində həyata keçirilib.