Britaniya Netanyahunun Fələstin məsələsi ilə bağlı açıqlamalarından sonra məyus olduğunu bildirib

Britaniya Netanyahunun Fələstin məsələsi ilə bağlı açıqlamalarından sonra məyus olduğunu bildirib

Böyük Britaniya İsrailin baş naziri Benyamin Netanyahunun müstəqil Fələstin dövlətinin yaradılmasının yolverilməz olduğu mövqeyini bölüşmür.

APA xəbər verir ki, bunu Sky News-a müsahibəsində Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

“Biz Benyamin Netanyahunun Yaxın Şərq münaqişəsinin iki dövlətlin arasında həllinə inanmadığını deməsinə kədərləndik. Əslində, o, bütün siyasi karyerası boyu, xatırladığım qədər bu cür danışıb. Düşünmürəm ki, biz iki dövlət prinsipinə arxalanmadan münaqişəni həll edə bilərik. Biz bu məsələdə əks fikirdəyik. Lakin biz bununla razıyıq ki, İsrail özünümüdafiə hüququna malikdir və beynəlxalq hüquqa riayət etmək üçün məsuliyyət daşıyır”, - Britaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Qeyd edək ki, Netanyahu yanvarın 18-də bildirib ki, yəhudi dövləti Qəzza zolağında radikal HAMAS hərəkatı üzərində “həlledici qələbə” əldə olunana qədər əməliyyatlarını davam etdirəcək.