IMF Azərbaycanda işsizlik səviyyəsini region ölkələrindən az olacağını proqnozlaşdırır
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda işsizlik səviyyəsini bu il və 2024-cü ildə 5,8 % olacağını proqnozlaşdırır.
“Birxeber.Az” xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.
2022-ci ildə bu göstərici 5,9 % səviyyəsində olub.
Sənədə əsasən, region ölkələrindən Ermənistanda işsizlik bu il 12,5 %, gələn il isə 13 %, Gürcüstanda müvafiq olaraq 19,5 % və 20,2 % səviyyəsində proqnozlaşdırılır.