Paytaxtda 11 yolda sıxlıq müşahidə olunur

Paytaxtda 11 yolda sıxlıq müşahidə olunur

Bakının 11 küçə və prospektində sıxlıq müşahidə olunur.

Bu barədə "Birxeber.Az"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakıda bu yollarda tıxac müşahidə edilir:

1. Alı Mustafayev küçəsi, 3 mkr dairəsi, körpünün üstü, Ziya Bünyadov prospekti istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

7. "20 Yanvar" dairəsində;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

10. Zərifə Əliyeva küçəsində;

11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.