​​​​​​​Sumqayıtda yanğında ana və övladları tüstüdən zəhərlənib

​​​​​​​Sumqayıtda yanğında ana və övladları tüstüdən zəhərlənib

Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.

Belə ki, mənzildə baş verən yağın nəticəsində 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı - 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu tüstüdən zəhərlənib.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.