Anar Bağırov: “Məcəllələrdə “şablon vəsatət” ifadəsi yoxdur”
“Azərbaycanda vəkillərin şablon vəsatət qaldırması deyə bir anlayış yoxdur”.
“Birxeber.Az” xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.
Qurum sədri bildirib ki, həm Cinayət Prosessual Məcəllədə, həm də Mülki Məcəllədə belə bir anlayış yoxdur:
“Əsaslı və əsassız vəsatətlər var. Əsaslı vəsatət təmin olunmalıdır. Əgər vəsatət əsassızdırsa, təmin edilməməlidir. Təbii ki, bunun səbəbi də əsaslandırılmalıdır”.
“Şablon ifadəsi ümumiyyətlə məcəllələrdə olmadığı üçün bu ifadəyə münasibət bildirmək istəmirəm”, - A. Bağırov vurğulayıb.