Rusiyadan Honq-Konqa qızıl idxalı 5 dəfə artıb

Rusiyadan Honq-Konqa qızıl idxalı 5 dəfə artıb

2023-cü ildə Rusiyadan Honq-Konqa qızıl idxalı 88,1 ton və ya 43,6 milyard Honq Konq dolları (5,6 milyard ABŞ dolları - Qeyd) təşkil edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Honq-Konq hökumətinin statistika departamentinin materiallarında deyilir.

Qeyd olunub ki, Rusiyadan Honq-Konqa qızıl ixracı beş dəfə artıb.

Çin gömrük statistikasına əsasən, 2023-cü ildə Rusiya Federasiyasından ölkənin əsas ərazisinə qızıl idxalı 321 milyon dollar təşkil edib.