Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - YENİLƏNİB

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb - YENİLƏNİB

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

"Birxeber.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzalayıblar.

“Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyətinin baş direktoru Rauşan Kajibayeva imzalayıblar.

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev imzalayılbar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar.

“Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və “Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası” Respublika İctimai Birliyinin prezidenti Murat Jurinov imzalayıblar.

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfiri Ağalar Atamoğlanov və Qazaxıstan Respublikasının “Otandastar Fondu”nun prezidenti Abzal Saparbekulı imzalayıblar.

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Qazaxıstan Respublikasının informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali imzalayıblar.

15:35

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Xarici siyasət Xarici siyasət
Budapeştdə İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Budapeştdə İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Xarici siyasət Xarici siyasət
Azərbaycanın Baş naziri Albaniya Prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Albaniya Prezidenti ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Mərakeşin Kralı Azərbaycanın dövlət başçısını təbrik edib

Mərakeşin Kralı Azərbaycanın dövlət başçısını təbrik edib

Xarici siyasət Xarici siyasət
PA rəsmisi: "Azərbaycanın Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciətləri üzrə icraat və kommunikasiyalar keçirilir"

PA rəsmisi: "Azərbaycanın Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciətləri üzrə icraat və kommunikasiyalar keçirilir"

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə prezidentləri Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər

Azərbaycan və Türkiyə prezidentləri Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirak ediblər

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb - YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Raşid əl-Kindi: "Prezident İlham Əliyevlə görüşdə investisiyalarla bağlı məsələlər diqqətimizi çəkdi"

Raşid əl-Kindi: "Prezident İlham Əliyevlə görüşdə investisiyalarla bağlı məsələlər diqqətimizi çəkdi"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Uqandaya başsağlığı verib

Azərbaycan XİN Uqandaya başsağlığı verib

Xarici siyasət Xarici siyasət
Metyu Brayza: “Azərbaycanla sərhəddə təxribatlar Ermənistanın müharibədəki məğlubiyyəti qəbul etməməsi ilə bağlıdır”

Metyu Brayza: “Azərbaycanla sərhəddə təxribatlar Ermənistanın müharibədəki məğlubiyyəti qəbul etməməsi ilə bağlıdır”

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
X Qlobal Bakı Forumunun açılış sessiyası başa çatıb, panel iclaslar keçirilir - YENİLƏNİB-4

X Qlobal Bakı Forumunun açılış sessiyası başa çatıb, panel iclaslar keçirilir - YENİLƏNİB-4

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb