OPEC+ Monitorinq Komitəsi bazarın vəziyyətini qiymətləndirmək üçün onlayn görüşəcək

OPEC+ Monitorinq Komitəsi bazarın vəziyyətini qiymətləndirmək üçün onlayn görüşəcək

OPEC+ Nazirlərinin Monitorinq Komitəsi neft bazarındakı mövcud vəziyyəti qiymətləndirmək üçün cümə axşamı videokonfrans vasitəsilə görüşəcək.

Birxeber.Az-nın TASS-a istinadən verdiyi məlumata görə, bu dəfə yalnız nazirlərin monitorinq görüşü nəzərdə tutulub. Görüşdə OPEC+ sazişinin iştirakçıları neft bazarının vəziyyətini nəzərdən keçirəcək və alyansın gələcək neft hasilatı siyasəti ilə bağlı tövsiyələri müəyyən edəcəklər. Bu halda, komitə zərurət yaranarsa, istənilən vaxt OPEC+-nın ümumi yığıncağını tələb edə bilər. Nazirlərin monitorinq iclasları indi iki ayda bir keçirilir.