Ağ Ev: ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumu “İraq İslam Müqaviməti” edib

Ağ Ev: ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumu “İraq İslam Müqaviməti” edib

ABŞ kəşfiyyatı İordaniyada ABŞ hərbçilərinə qarşı son hücumun “İraq İslam Müqaviməti” şəbəkəsi tərəfindən həyata keçirildiyi qənaətinə gəlib.

“Birxeber.Az”un məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz hesab edirik ki, İordaniyadakı hücum, “Kataib Hizbullah” da daxil olmaqla bir sıra silahlı qrupların daxil olduğu “İraq İslami Müqaviməti” adlı qrupu tərəfindən planlaşdırılıb və həyata keçirilib”, - deyə o qeyd edib.

Qeyd edək ki, İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücum nəticəsində 3 amerikalı əsgər ölüb, 34 hərbçi isə yaralanıb.