ABŞ Ukraynaya uzunmənzilli sursatlar verir

ABŞ Ukraynaya uzunmənzilli sursatlar verir

Amerikanın GLSDB uzunmənzilli raketləri artıq Ukraynaya yola salınıb.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyevdə keçirdiyi brifinqdə deyib: “Birləşmiş Ştatlar Ukraynaya dəstək verməyə davam edir. Kiçik diametrli bombalar kimi yeni silah sistemləri artıq cəbhəyə yola salınıb.

GLSDB (Ground-Launched Small Diameter Bomb) hava bombası və M26 idarə olunmayan raketin hibrididir, elektron maneələri aşmaq və 150 ​​km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir.