Bakı-Quba yolunda piyadanı vuran sürücünün kimliyi məlum olub - YENİLƏNİB

Bakı-Quba yolunda piyadanı vuran sürücünün kimliyi məlum olub - YENİLƏNİB

Bakı-Quba yolunda piyadanı vuran sürücünün kimliyi məlum olub.

“Report”un yerli bürosu məlumat verir ki, “Mercedes Actros” yük avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Nicat Xaliq oğlu Abdullayevdir.

N.Abdullayev idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1943-cü il təvəllüdlü Eldar Alı oğlu Pirəliyevi vurub.

21:16

Bakı-Quba yolunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə yolun 60-cı km-də, Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Belə ki, yük avtomobili yolu keçmək istəyən 1943-cü il təvəllüdlü Eldar Alı oğlu Pirəliyevi vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.