Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə edib

Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”la səfərdə heç-heçə edib

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

“Birxeber.Az”un məlumatına görə, “Turan Tovuz” doğma publika önündə “Şamaxı”nı qəbul edib.

Matça sürətli başlayan tovuzlular artıq 2-ci dəqiqədə Runi Evanın başla vurduğu qol sayəsində hesabı açıblar. Ancaq cəmi yeddi dəqiqə sonra qonaqlar bərabərlik topunu vurublar. Fuad Bayramovun iti bucaq altından zərbəsi dəqiq alınıb.

Bu, həm də qarşılaşmada son qol olub. Nəticədə matç 1:1 hesabı ilə yekunlaşıb və “Şamaxı” səfərdə rəqibi ilə heç-heçə edib.

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “Turan Tovuz” aktivindəki xalların sayını 29-a çatdırıb. “Şamaxı” isə 21 xalla “Səbail”lə birlikdə son pilləni bölüşdürür.

Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” “Zirə”ni, “Səbail” “Sabah”ı evdə 2:1, “Neftçi” “Sumqayıt”ı səfərdə 4:0 hesabı ilə məğlub edib. Son görüşdə bu gün “Qarabağ”la “Şamaxı” birincilərin meydanında qarşılaşacaqlar.

14:57

Azərbaycan Premyer Liqasının XXIX turunda üz-üzə gələcək “Turan Tovuz” və “Şamaxı”nın start heyətləri açıqlanıb.

“Birxeber.Az” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Xulu Siyanda, 2. Roderik Miller, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divine Naah, 23. Okebuqvu Henri

Baş məşqçi: Ayxan Abbasov

“Şamaxı”: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov, 24. Edqar Adilxanov

Baş məşqçi: Vüqar Əsgərli

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Futbol Futbol
PFL prezidenti Avstriyada beynəlxalq seminara qatılıb

PFL prezidenti Avstriyada beynəlxalq seminara qatılıb

Futbol Futbol
Azərbaycanın U-21 millisinin Türkiyə ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib

Azərbaycanın U-21 millisinin Türkiyə ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib

Futbol Futbol
Serxio Ramos La Liqanın tarixinə düşüb

Serxio Ramos La Liqanın tarixinə düşüb

Futbol Futbol
Azərbaycan millisinin sabiq baş məşqçisi: "Partizan" "Sabah"a ciddi yanaşmalıdır"

Azərbaycan millisinin sabiq baş məşqçisi: "Partizan" "Sabah"a ciddi yanaşmalıdır"

Futbol Futbol
"Sabah"dan ayrılan futbolçu Argentina klubuna keçib

"Sabah"dan ayrılan futbolçu Argentina klubuna keçib

Futbol Futbol
Rusiyalı qapıçı: "Bakıda mehriban qarşılanacağımı gözləmirdim"

Rusiyalı qapıçı: "Bakıda mehriban qarşılanacağımı gözləmirdim"

Futbol Futbol
De Byazinin tərcüməçisi Belçika millisinin ulduzunun Bakıya gəlməsinə sevinir

De Byazinin tərcüməçisi Belçika millisinin ulduzunun Bakıya gəlməsinə sevinir

Futbol Futbol
Ançelotti Çempionlar Liqasında oyun sayına görə mütləq rekordçu olub

Ançelotti Çempionlar Liqasında oyun sayına görə mütləq rekordçu olub

Futbol Futbol
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub

Futbol Futbol
Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Slovakiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol Futbol
"Qarabağ"ın iki futbolçusu Almaniyada əməliyyat olunacaq

"Qarabağ"ın iki futbolçusu Almaniyada əməliyyat olunacaq

Futbol Futbol
Mehman Allahverdiyev "Kəpəz"ə qayıdıb

Mehman Allahverdiyev "Kəpəz"ə qayıdıb