Bakıda uşaqlara əzab verilən sığınacaqdan - VİDEOREPORTAJ

Bakıda uşaqlara əzab verilən sığınacaqdan - VİDEOREPORTAJ

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında uşaqlara əzab verilməsi faktı ictimaiyyətdə müzakirə mövzusuna çevrilib.

Birxeber xəbər verir ki, Birxeber-un çəkiliş qrupu sözügedən sığınacaqda olub.

Sığınacağın təşkilatçısı Könül Qasımovanın sözlərinə görə, yayılan məlumatlar yanlışdır. O, iddia edib ki, sığanacaqda heç bir uşağa şiddət göstərilmir: "Bura uşaqlara əzab verilən həmin sığınacaq deyil. Bütün sığınacaqlarda olduğu kimi bizim sığınacaqda da monitorinq keçirilib. Ancaq sığınacağımızda tərəfimizdən uşaqlara hansısa şiddət faktı olduğu qeydə alınmayıb”.

Birxeber üç müxtəlif mənbədən dəqiqləşdirib ki, Sabunçu Rayon Prokurorluğun yaydığı məlumat məhz "Sevgi Evi" qadın və uşaq sığınacağı ilə bağlıdır.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, işin icrası zamanı məlumatların konfidensiallığı nəzərə alınaraq, istintaq prosesi yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan C.M.-nın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Birxeber

QALEREYA
Hadisə / Video Hadisə / Video
Məktəblilərə yardım üçün ödəniş edilmir - VİDEO

Məktəblilərə yardım üçün ödəniş edilmir - VİDEO

Hadisə / Video Hadisə / Video
Məktəblilərin qəzaya düşdüyü avtobusun görüntüləri - VİDEO

Məktəblilərin qəzaya düşdüyü avtobusun görüntüləri - VİDEO

Hadisə / Video Hadisə / Video
Rəhimin tabutuna sarılan Niyam Salami hönkür-hönkür ağladı - VİDEO

Rəhimin tabutuna sarılan Niyam Salami hönkür-hönkür ağladı - VİDEO

Hadisə / Video Hadisə / Video
"Tik-tok"da 100 nəfəri aldadan qadından səmimi etiraf

"Tik-tok"da 100 nəfəri aldadan qadından səmimi etiraf

Hadisə / Video Hadisə / Video
Bakıda “Prius” səfirliyin maşını ilə toqquşdu - VİDEO

Bakıda “Prius” səfirliyin maşını ilə toqquşdu - VİDEO

Hadisə / Video Hadisə / Video
Yanğın baş verən binada vəziyyət necədir? - VİDEO

Yanğın baş verən binada vəziyyət necədir? - VİDEO

Hadisə / Video Hadisə / Video
Bakıda dəhşətli QƏTL: 27 yaşlı qadını əri niyə öldürdü?

Bakıda dəhşətli QƏTL: 27 yaşlı qadını əri niyə öldürdü?

Hadisə / Video Hadisə / Video
Bakıda narkotik satan 15 nəfər saxlanılıb - VİDEO

Bakıda narkotik satan 15 nəfər saxlanılıb - VİDEO

Hadisə / Video Hadisə / Video
Bakıda bir qrup şəxs intihara cəhd etdi – VİDEO

Bakıda bir qrup şəxs intihara cəhd etdi – VİDEO

Hadisə / Video Hadisə / Video
Bakı aeroportunun sistemində problem səbəbindən növbə yarandı - VİDEO

Bakı aeroportunun sistemində problem səbəbindən növbə yarandı - VİDEO

Hadisə / Video Hadisə / Video
Prokurorluğun önündə "Prius" qəzası - VİDEO

Prokurorluğun önündə "Prius" qəzası - VİDEO

Hadisə / Video Hadisə / Video
Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO