“WPR”: “Baydenin Demokratiya Sammiti, əslində, demokratiya haqqında deyil”

“WPR”: “Baydenin Demokratiya Sammiti, əslində, demokratiya haqqında deyil”

“ABŞ Prezidenti Cozef Baydenin Demokratiya Sammiti, əslində, demokratiya haqqında deyil”.

“Report” xəbər verir ki, bu qənaətə Çikaqo Universitetinin Politologiya kafedrasının dosenti Pol Poast “The World Politics Review” üçün yazdığı məqaləsində gəlib.

Baydenin Demokratiya Sammitini tənqid edən müəllif builki tədbirin narrativinin 2021-ci ildə baş tutmuş Zirvə ilə eyni - “avtokratiyalar demokratiyalara qarşı” tərzində olduğuna diqqət çəkib:

“Baydenin ABŞ Konqresinə ilk müraciətində qeyd etdiyi kimi, bu mübarizədə “demokratiyalar sürət yığır və dünya aydın şəkildə sülh və təhlükəsizliyi seçir”. Hətta bu belə olsa da, “Demokratiya Sammiti”nin bu və ya gələcək iterasiya sayəsində deyil”. Tənqidçilərin tədbiri “dolayı söhbətləşmə və ya arzuolunmaz göstəriş”ə çevrilmə riski daşıdığını xatırladan müəllif sammitin artıq həmin xətti keçdiyini vurğulayıb.

İlk öncə araşdırmaçı Sammitin həqiqətən də demokratiyaya həsr olunub-olunmadığını sorğulayıb. 2021-ci ildəki tədbirdə “şübhəli demokratiya reputasiyalı” ölkələrin iştirak etdiyini bildirən P. Poast misal kimi Konqo Demokratik Respublikasını və Serbiyanın adlarını çəkib. Onun fikrincə, “yersiz qonaqlar” sammitin məqsədi və yararlılığını sual altında qoyub: “Ola bilsin məhz buna görə virtual keçirilib, çünki tədbirə şəxsən qatılmaq bəzi ölkələrin liderlərinin görüşün minimal faydası və optikası baxımından əlverişsiz olması səbəbindən onu buraxması ilə nəticələnə bilərdi”.

Onun sözlərinə görə, mərasimin “2023-cü il sayında” da analoji vəziyyət yaranıb. Belə ki, Sammitin əsas iştirakçılarından İsrail və Hindistan hazırda “öz liderləri tərəfindən bəslənən demokratik böhran yaşayır”. Bundan başqa, amerikalı dosent Macarıstanın “illərdir davam edən demokratiyanın qürubu” fonunda, 2021-ci ildə olduğu kimi, tədbirə çağırılmamasının demokratiya ilə əlaqəli olmasına şübhə ilə yanaşır:

“Amma bu dəvətin olmaması əslində ölkənin Baş nazir Viktor Orban dövründə pisləşən demokratiyası, yoxsa Orbanın Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı və onun Rusiyanın Ukranaya təcavüzünü pisləməkdən imtinası ilə bağlı idi? Bununla belə, Polşa, Macarıstan kimi, “demokratiyanın qürubunu” yaşasa da, Ukraynanın tərəfdarıdır – hər iki sammitə çağırılmışdı”.

Müəllifin fikrincə, tədbir iştirakçılara yox, iştirak etməyənlərə - Rusiya və Çinə həsr olunmuşdu: “Aydındır ki, görüşün əsas məqsədi ABŞ-nin bu iki rəqibinə qarşı kontrkoalisiya qurmaqdır”. Onun sözlərinə görə, sammitin ideya özəyində Vaşinqtonun əqidədaşlarını Çinə qarşı birləşməsi ehtiyacı yatır.

Bununla belə, müəllif bu sammitin ABŞ-nin bu cəbhədə uğur qazanmasına imkan yaratdığına əmin deyil: “Söhbət əsasən iqtisadi mübadilə yolu ilə dünyanın qalan hissəsi ilə əlaqə qurmaqdan gedir. 2019-cu ildə “Pew”nun sorğusu göstərib ki, Qlobal Cənubda bir çox respondent demokratiyanın nəticələrindən çox sağlamlığından daha az narahatdır. Maraqlıdır ki, “Pew”nun sorğusu sənaye baxımından inkişaf etmiş demokratiyalarda yaşayan insanlar arasında da eyni nöqteyi-nəzəri ortaya çıxarıb”.

P. Poastın gəldiyi qənaətə görə, Qlobal miqyasda insanlar demokratiyaya dair normativ və ya ideoloji bağlılığa daha az önəm verirlər və demokratiyanın və ya hər hansı hökumət sisteminin gündəlik həyatlarını yaxşılaşdırmaq üçün nə etdiyinə daha çox diqqət edirlər. Həqiqətən, diqqətin demokratiyada cəmləşməsi özünü məhv edə bilər, çünki, keçmiş Xarici Əlaqələr Şurasının prezidenti Riçard Haasın tvit etdiyi kimi, Birləşmiş Ştatların “Rusiyaya qarşı sanksiyalardan tutmuş iqlim dəyişikliyini yavaşlatmağa kimi dünyada bizə kömək etmək üçün qeyri-demokratiyaya” ehtiyacı var. Sammitin yerinə müəllif Bayden administrasiyasına Çini dışlayan ticari bloklara qoşulmağı, misal üçün, Trampın dövründə tərk edilən Trans-Sakit Tərəfdaşlığına qayıtmağı tövsiyə edir.

Eyni zamanda, müəllif yazısında sammitin demokratiyalara yardıma həsr olunduğu halda, bunun nə dərəcədə yararlı olduğunu da sorğulayıb. Onun fikrincə, dünyada demokratiyaların zəifləməsi mübahisəli məsələdir: “Daha dəqiq desək, dünyada bir sıra fərdi demokratiyalar üçün real risklər var və beynəlxalq əməkdaşlığın müəyyən formaları inkişaf etməkdə olan demokratiyalara kömək edə bilər. Lakin onlar ayrı-ayrı ölkələrin və ya regional ölkələr qrupunun xüsusi ehtiyaclarına uyğunlaşdırıldıqda uğur qazanırlar. Bu hallarda hər hansısa yardım göstərən dövlətlər və təşkilatlar regiona yönəlir və qonşuluqda sabit demokratiyanın təmin olunmasında maraqlı olurlar. Maraqları qeyri-müəyyən olan ölkələrin böyük məclisləri bu baxımdan daha az effektivdir”.

ABŞ-nin aparıcı ali təhsil ocağının tədqiqatçısı Bayden administrasiyasının regional səviyyədə demokratiya prinsiplərinin irəli aparılmasında uğursuz olduğuna diqqət çəkib: “Bu, Baydenin Avropada və bütün dünyada demokratiyanın müdafiəsinin onun administrasiyasnın Ukraynaya dəstəyinin əsas motivi olduğunu açıq şəkildə bildirdiyi həmin regionda belə olmaya bilər. Lakin bu, Mərkəzi Amerikada Salvador və Qvatemala kimi ABŞ tərəfdaşlarının vətəndaş hüquqlarını və demokratik nəzarət və tarazlıqları göz ardı etdiyi Birləşmiş Ştatların öz arxa bağçasındakı səylərinin zəifliyini vurğulayır”.

P. Poastın fikrincə, başqa bir genişmiqyaslı qlobal sammitə vaxt və enerji sərf etmək əvəzinə administrasiya öz səylərini qonşuları ilə demokratiyanı qorumaq və gücləndirmək üçün konstruktiv şəkildə məşğul olmağa yönəltməlidir.

“İndi üçüncü Demokratiya Sammitinin bu dəfə Cənubi Koreyada keçirilməsi planlaşdırılır. Tarix təyin edilməyib. Ancaq tarixi təyin etmək lazım deyil. Bu gün dünyanın üzləşdiyi çağırışları nəzərə alsaq, istər demokratik, istərsə də qeyri-demokratik, bu problemləri həll etməyə çalışan ölkələr vaxtlarını və diqqətlərini başqa bir virtual söhbətləşmədə iştirak etməkdən başqa bir işə həsr etsələr, daha yaxşı olardı”, - müəllif yekunda əlavə edib.

Analitika Analitika
İranın ikiüzlülüyü - Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb, Ermənişünaslıq kafedrası açılıb - ŞƏRH

İranın ikiüzlülüyü - Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb, Ermənişünaslıq kafedrası açılıb - ŞƏRH

Analitika Analitika
BMT TŞ-də təxribat olarsa - Bakının iradəsinə təsir göstərməyəcək, amma sülh prosesindəki bütün razılaşmalar sıfırlanacaq  - ŞƏRH

BMT TŞ-də təxribat olarsa - Bakının iradəsinə təsir göstərməyəcək, amma sülh prosesindəki bütün razılaşmalar sıfırlanacaq - ŞƏRH

Analitika Analitika
Senatın qətnaməsi xoruzun vaxtsız banlamasıdır: Avropa İttifaqında dağıdıcı Fransa - ŞƏRH

Senatın qətnaməsi xoruzun vaxtsız banlamasıdır: Avropa İttifaqında dağıdıcı Fransa - ŞƏRH

Analitika Analitika
Urmiya gölünün qurudulması - İran ekoloji terrora da himayədarlıq edir - ŞƏRH

Urmiya gölünün qurudulması - İran ekoloji terrora da himayədarlıq edir - ŞƏRH

Analitika Analitika
Ermənistanın iflasa məhkum cəhdi - İrəvanın Minsk qrupu xülyası - ŞƏRH

Ermənistanın iflasa məhkum cəhdi - İrəvanın Minsk qrupu xülyası - ŞƏRH

Analitika Analitika
Ermənistanda sökülən xaçlar - inanclarında da səmimi olmayan ermənilər - ŞƏRH

Ermənistanda sökülən xaçlar - inanclarında da səmimi olmayan ermənilər - ŞƏRH

Analitika Analitika
Makronu aşağılayan sorğu: Fransızlar ona etibar etmir - ŞƏRH

Makronu aşağılayan sorğu: Fransızlar ona etibar etmir - ŞƏRH

Analitika Analitika
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ikiüzlü Fransaya yer yoxdur - TƏHLİL

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ikiüzlü Fransaya yer yoxdur - TƏHLİL

Analitika Analitika
Ermənibaz, uşaqbaz, şantajbaz Adam Şiff - erməni himayədarının əsl üzü

Ermənibaz, uşaqbaz, şantajbaz Adam Şiff - erməni himayədarının əsl üzü

Analitika Analitika
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə barədə yeni sənəd üzə çıxıb - AMERİKALI GENERALIN TELEQRAMI

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə barədə yeni sənəd üzə çıxıb - AMERİKALI GENERALIN TELEQRAMI

Analitika Analitika
İkiüzlü Tehran və İrəvan - taylı tayını tapıb - ŞƏRH

İkiüzlü Tehran və İrəvan - taylı tayını tapıb - ŞƏRH

Analitika Analitika
Cənubi Qafqazdan aralı düşən Çin – Pekinin regionda etibarlı tərəfdaşı olacaq Azərbaycan - ŞƏRH

Cənubi Qafqazdan aralı düşən Çin – Pekinin regionda etibarlı tərəfdaşı olacaq Azərbaycan - ŞƏRH