Azərbaycanda 4-cü kurs tələbəsi vəfat etdi - FOTO
Bakı Slavyan Universitetinin (BSU) tələbəsi dünyasını dəyişib.
Birxeber-in məlumatına görə, bu barədə ali təhsil müəssisəsindən bildirilib.
Universitetin Tərcümə fakültəsinin IV kurs tələbəsi Vəliyeva Mərziyyə Nazim qızı uzun sürən ağır xəstəlikdən vəfat edib.
Həmçinin qeyd olunub ki, Mərziyyə universitetdə oxuduğu müddət ərzində özünü intizamlı, hazırlıqlı, ünsiyyətcil, məsuliyyətli və bacarıqlı tələbə kimi göstərə bilib, yoldaşlarının hörmət və rəğbətini qazanıb.
Allah rəhmət eləsin!