Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Bakı-Quba yolunda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücünün şəxsiyyəti məlum olub.

APA xəbər verir ki, qəza törədən sürücü 1994-cü il təvəllüdlü Nicat Xaliq oğlu Abdullayevdir.

Nicat Abdullayev idarə etdiyi “Mercedes Actros” markalı 77 LP-518 dövlət nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1943-cü il təvəllüdlü Eldar Alı oğlu Pirəliyevi vurub.

***

21.10

Bakı-Quba yolunun 60-cı kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, yük avtomobili yolu keçmək istəyən 1943-cü il təvəllüdlü Pirəliyev Eldar Alı oğlunu vurub. Piyada hadisə yerində ölüb.