“Fitch”: Ermənistan iqtisadiyyatı hələ uzun müddət Rusiyadan çox ciddi asılı qalacaq

“Fitch”: Ermənistan iqtisadiyyatı hələ uzun müddət Rusiyadan çox ciddi asılı qalacaq

Ermənistan iqtisadiyyatı hələ uzun müddət Rusiyadan çox ciddi şəkildə asılı qalacaq.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın reytinqini “BB-” səviyyəsində təsdiqləyən “Fitch” agentliyinin məlumatında deyilir.

Qeyd olunub ki, Ermənistan iqtisadiyyatı ticarət və enerji baxımından Rusiyadan çox asılıdır. “Fitch” hesab edir ki, Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılıqdan əhəmiyyətli dərəcədə uzaqlaşacağı gözlənilmir.

Analitiklər Ukraynada müharibə başlayandan bəri Rusiya-Ermənistan arasında ticarətin kəskin artdığını da bildirirlər.

Bank sektorunda Ermənistan Rusiya müəssisələrinə qarşı Qərb sanksiyalarının tətbiqində davam edir. Bununla belə, 2021-ci ildən bəri Ermənistandan Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin doqquz ayında ixracın 51 faizi, idxalın isə 30 faizi Rusiyanın payına düşüb.

Ermənistan hökumətinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarətinin üçdə birindən çoxu Rusiyanın payına düşüb.

Eyni zamanda, ikitərəfli ticarət mübadiləsi 40 faizdən çox artaraq 6,3 milyard dollara çatıb.