FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb

FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.

Qərar komitə üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.

Bu göstərici son 23 ilin ən yüksək səviyyəsinə çatıb.