İlham Əliyevdən ll Elizabetə TƏBRİK

İlham Əliyevdən ll Elizabetə TƏBRİK

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb.

Birxeber xəbər verir ki, məktubun mətnində deyilir:

"Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Eyni zamanda Platin Yubileyiniz – taxtda olmağınızın 70 illiyi ilə əlaqədar Sizə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Son yeddi onillik boyu Birləşmiş Krallığın rifahı, hərtərəfli inkişafı naminə yorulmaz fəaliyyətiniz, şəxsi nümunə və fədakarlığınız Sizə dünyada böyük rəğbət, hörmət və nüfuz qazandırmışdır.

Azərbaycan ilə Birləşmiş Krallıq arasında münasibətlərin bütün inkişaf mərhələlərində, hazırkı səviyyəyə yüksəlməsində, bu gün əməkdaşlığımızın bir sıra sahələrdə strateji xarakter kəsb etməsində Sizin töhfənizi xüsusi qeyd etmək istərdim.

Bu il dövlətlərarası əlaqələrimizin tarixində əlamətdar ildönümüdür – biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu dövr ərzində Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimiz, səmərəli çoxşaxəli əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Ülyahəzrət,

Sizi bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, dost xalqınıza daim firavanlıq diləyirəm".

Birxeber
SİYASƏT SİYASƏT
Prezidentin İtaliya səfərindən maraqlı anlar - VİDEO

Prezidentin İtaliya səfərindən maraqlı anlar - VİDEO

SİYASƏT SİYASƏT
Azərbaycandakı Fransa vətəndaşlarının seçki məntəqəsi bəlli oldu - FOTO

Azərbaycandakı Fransa vətəndaşlarının seçki məntəqəsi bəlli oldu - FOTO

SİYASƏT SİYASƏT
Azərbaycan pilotları “Anadolu Qartalı - 2022” təlimində tapşırıqları uğurla icra ediblər - FOTO

Azərbaycan pilotları “Anadolu Qartalı - 2022” təlimində tapşırıqları uğurla icra ediblər - FOTO

SİYASƏT SİYASƏT
Ceyhun Bayramov Niderlandın Baş nazirinin müavini ilə telefonla danışdı

Ceyhun Bayramov Niderlandın Baş nazirinin müavini ilə telefonla danışdı

SİYASƏT SİYASƏT
Erməni xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilmiş azyaşlı azərbaycanlı qız - VİDEO

Erməni xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilmiş azyaşlı azərbaycanlı qız - VİDEO

SİYASƏT SİYASƏT
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin

İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin

SİYASƏT SİYASƏT
Zaxarovadan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Zaxarovadan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin gözlənilən görüşü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

SİYASƏT SİYASƏT
Laçın şəhəri, Zabux və Susda tələ minaların aşkarlanmasına başlanılıb - FOTO

Laçın şəhəri, Zabux və Susda tələ minaların aşkarlanmasına başlanılıb - FOTO

SİYASƏT SİYASƏT
Azərbaycan hərbçiləri "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib - FOTO

Azərbaycan hərbçiləri "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib - FOTO

SİYASƏT SİYASƏT
Dövlət agentliyinə 7,5 milyon manat ayrıldı - SƏRƏNCAM

Dövlət agentliyinə 7,5 milyon manat ayrıldı - SƏRƏNCAM

SİYASƏT SİYASƏT
Prezident İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib - FOTO

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib - FOTO

SİYASƏT SİYASƏT
Müdafiə Naziri Zakir Həsənov görüş keçirdi - FOTO

Müdafiə Naziri Zakir Həsənov görüş keçirdi - FOTO