Rəhman Hümmətov: "Quru sərhəddən daxil olan tranzit TIR və qoşquların həcmi 2 dəfəyə yaxın artıb"

Rəhman Hümmətov: "Quru sərhəddən daxil olan tranzit TIR və qoşquların həcmi 2 dəfəyə yaxın artıb"

Regiondakı geosiyasi proseslər, yük daşımalarının artırılması istiqamətində görülmüş işlər nəticəsində 2022-ci ildə Azərbaycan üzərindən beynəlxalq daşımaların - quru sərhəddən daxil olan tranzit TIR və qoşquların həcmi 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb.

Bunu “Birxeber.Az”a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, daşımalar artdıqca icazələrə tələb də artır.

"Hazırda icazələrin verilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq elektron xidmətin istifadəyə verilməsi istiqamətində işlər aparılır. Nazirlik iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazənin verilməsi zamanı işlərin sistemləşdirilərək operativliyin artırılmasını, xidmətlərin göstərilməsində təkrarçılığın aradan qaldırılmasını, prosesin elektron qaydada göstərilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının da qoşulduğu elektron portalın hazırlanmasını nəzərdə tutur. Müvafiq portal istifadəyə verildikdən sonra ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsi xidməti tam elektron qaydada göstəriləcək.

Bununla yanaşı, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi məqsədi ilə yeni texnologiyaların tətbiq edilməsi, bu sahədə tələblərin pozulmasına görə inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə əlaqədar prezidentin sərəncamı mövcuddur. Müvafiq tələbləri pozan, hərəkətdə olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzi və çiplərin) ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısı, quraşdırılma müddətləri və mərhələləri təsdiq edilib. Quraşdırılmaların bu ay başlanılması planlaşdırılır", - deyə nazir müavini qeyd edib.

İnfrastruktur İnfrastruktur
Bakıda növbəti iməclik keçirilib

Bakıda növbəti iməclik keçirilib

İnfrastruktur İnfrastruktur
AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərinə müraciət edib

AZAL Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərinə müraciət edib

İnfrastruktur İnfrastruktur
AZAL IOSA auditindən uğurla keçib

AZAL IOSA auditindən uğurla keçib

İnfrastruktur İnfrastruktur
Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb

Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb

İnfrastruktur İnfrastruktur
Gürcüstan aviaşirkəti Azərbaycana uçuşlara başlayır

Gürcüstan aviaşirkəti Azərbaycana uçuşlara başlayır

İnfrastruktur İnfrastruktur
Bakıdan Şarm-əl-Şeyxə çarter aviareyslərinin sayı artırılacaq

Bakıdan Şarm-əl-Şeyxə çarter aviareyslərinin sayı artırılacaq

İnfrastruktur İnfrastruktur
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın iclası keçirilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın iclası keçirilib

İnfrastruktur İnfrastruktur
Bakıdan 6 istiqamətə marşrut xətlərinə dair müsabiqənin tarixləri açıqlanıb

Bakıdan 6 istiqamətə marşrut xətlərinə dair müsabiqənin tarixləri açıqlanıb

İnfrastruktur İnfrastruktur
"Azəriqaz" rəhbərliyi Xızıda vətəndaş qəbulu keçirəcək

"Azəriqaz" rəhbərliyi Xızıda vətəndaş qəbulu keçirəcək

İnfrastruktur İnfrastruktur
“Professor Əziz Əliyev” tankeri əsaslı təmir edilib

“Professor Əziz Əliyev” tankeri əsaslı təmir edilib

İnfrastruktur İnfrastruktur
Səfir: “Azərbaycan Orta Dəhlizin Avropaya kimi genişləndirilməsində hərəkətverici qüvvədir”

Səfir: “Azərbaycan Orta Dəhlizin Avropaya kimi genişləndirilməsində hərəkətverici qüvvədir”

İnfrastruktur İnfrastruktur
BNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib

BNA Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib