Azad olunan ərazilərdə Azərbaycan Ordusunun yeni hərbi hissəsi istifadəyə verilib

Azad olunan ərazilərdə Azərbaycan Ordusunun yeni hərbi hissəsi istifadəyə verilib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub.

Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı və server otağı mövcuddur.

Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin və komandir heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verib.

HƏRBİ HƏRBİ
Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində təxribatının qarşısı alınıb

Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində təxribatının qarşısı alınıb

HƏRBİ HƏRBİ
Azərbaycan Ordusu Qarabağda təxribatların qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirib

Azərbaycan Ordusu Qarabağda təxribatların qarşısını almaq məqsədilə zəruri tədbirlər həyata keçirib

HƏRBİ HƏRBİ
MN: "Ordumuzun Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır"

MN: "Ordumuzun Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır"

HƏRBİ HƏRBİ
Komando bölmələri praktiki atış çalışmalarını icra edib

Komando bölmələri praktiki atış çalışmalarını icra edib

HƏRBİ HƏRBİ
Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

HƏRBİ HƏRBİ
31 il əvvəl Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov torpağa tapşırılıb

31 il əvvəl Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov torpağa tapşırılıb

HƏRBİ HƏRBİ
Uğurlu “Günnüt” əməliyyatından 5 il ötür

Uğurlu “Günnüt” əməliyyatından 5 il ötür

HƏRBİ HƏRBİ
MN: "Ordumuz tərəfindən Ermənistan bölmələrinin atəşə tutulması yalandır"

MN: "Ordumuz tərəfindən Ermənistan bölmələrinin atəşə tutulması yalandır"

HƏRBİ HƏRBİ
Zakir Həsənov: "Müharibədən sonrakı islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub"

Zakir Həsənov: "Müharibədən sonrakı islahatlar peşəkar Ordunun formalaşmasına səbəb olub"

HƏRBİ HƏRBİ
MN: "Ermənistan növbəti dəfə təxribat törədərək vəziyyəti gərginləşdirir"

MN: "Ermənistan növbəti dəfə təxribat törədərək vəziyyəti gərginləşdirir"

HƏRBİ HƏRBİ
Azərbaycan-NATO əlaqələrinin inkişafı müzakirə edilib

Azərbaycan-NATO əlaqələrinin inkişafı müzakirə edilib

HƏRBİ HƏRBİ
Hüquq müdafiəçisi: "BQXK-nın İrəvan ofisinin Azərbaycan ərazisində fəaliyyəti dayandırılmalıdır"

Hüquq müdafiəçisi: "BQXK-nın İrəvan ofisinin Azərbaycan ərazisində fəaliyyəti dayandırılmalıdır"