Aİ-nin Ukraynaya göndərdiyi hərbi yardımın həcmi açıqlanıb

Aİ-nin Ukraynaya göndərdiyi hərbi yardımın həcmi açıqlanıb

Rusiya-Ukrayna müharibəsi zamanı Avropa İttifaqı ölkələrinin Kiyevə verdiyi hərbi dəstəyin həcmi açıqlanıb.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ ölkələrinin müdafiə nazirlərinin bu gün Brüsseldə keçirilən qeyri-formal görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Rusiya işğalının başlanmasından bəri - demək olar ki, iki il əvvəl - biz hamımız (Avropa İttifaqına üzv dövlətlər, Avropa institutları) Ukraynanı 28 milyard avroluq hərbi texnika təmin etmişik, bu rəqəm çox vacibdir" - diplomat bildirib.

Borrel əlavə edib ki, bu gün keçirilən iclasda üzv ölkələrin bu il üçün öhdəlikləri də müzakirə olunub.

"Mənim hələ yekun cavabım yoxdur, lakin bir çox üzv dövlət öz məlumatlarını göndərib və deyə bilərəm ki, Ukraynaya hərbi yardım üçün 2024-cü il üçün büdcədən azı 21 milyard avro ayrılacaq. Siz sürətlənməni görə bilərsiniz. Bir il ərzində – minimum 21 milyard. Bu, əvvəlki iki ildəkindən daha çoxdur", - Borrel vurğulayıb.