Azad edilmiş ərazilərdə hava limanları üçün idxal edilən mallar daha 1 il gömrük rüsumuna cəlb olunmayacaq

Azad edilmiş ərazilərdə hava limanları üçün idxal edilən mallar daha 1 il gömrük rüsumuna cəlb olunmayacaq

Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən mallar daha 1 il gömrük rüsumuna cəlb olunmayacaq.

Birxeber.Az-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edib.

Qeyd edək ki, bundan öncə qüvvədə olan qərar Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən mallar 2024-cü il 1 yanvar tarixinə qədər gömrük rüsumuna cəlb olunmamasını nəzərdə tutub. Dəyişikliyə əsasən, bu müddət 2025-ci il 1 yanvara qədər uzadılıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.