Ottava və Monrealdakı Azərbaycan icması ilə görüş keçirilib

Ottava və Monrealdakı Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Kanadaya səfər çərçivəsində Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüşü keçirilib.

Bu barədə "Birxeber.Az"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Güney Azərbaycandan olan soydaşlarımızın da qatıldığı tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Ottava və Monreal şəhərlərində geniş məlumatlandırma kampaniyası apardıqlarına və aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladan Komitə sədri xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması, post-müharibə dövründə Azərbaycan həqiqətlərinin daha güclü və mütəşəkkkil şəkildə Kanada ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyətinə, Torontoda Azərbaycan Evinin açıldığına diqqəti cəlb edib.

Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici videoçarxlar təqdim olunub.

Tədbir Prezident İlham Əliyevin Zəfər Günü ilə bağlı videoçıxışının nümayişi ilə davam edib.

Görüşdə çıxış edən icma üzvləri Torontoda Azərbaycan Evinin fəaliyyətə başlamasını mühüm hadisə kimi qiymətləndirib, bu münasibətlə Torontodakı icmamızı təbrik ediblər. Soydaşlarımızın təşkilatlanması istiqamətində aparılan ardıcıl işlər, diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, qarşıya çıxan çətinliklər, bundan sonrakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.

Tədbirə Diaspor Gənclərinin II və III Yay düşərgələrinin iştirakçıları da qatılıblar.

Qeyd edək ki, Ottava şəhərində "Qarabağ Azərbaycan dili” həftəsonu məktəbi uğurla fəaliyyət göstərir.

Diaspor Diaspor
Müsəlman ölkələrindəki diaspor fəallarımız Türkiyəyə yardıma qoşulub

Müsəlman ölkələrindəki diaspor fəallarımız Türkiyəyə yardıma qoşulub

Diaspor Diaspor
Azərbaycanlılar Madriddə erməni ekoterroruna etiraz ediblər

Azərbaycanlılar Madriddə erməni ekoterroruna etiraz ediblər

Diaspor Diaspor
Türkiyə ictimaiyyəti Azərbaycanın terrorla mübarizəsini dəstəkləyib

Türkiyə ictimaiyyəti Azərbaycanın terrorla mübarizəsini dəstəkləyib

Diaspor Diaspor
ABŞ mətbuatı Azərbaycan Prezidentinin Qərbi Azərbaycan icması üzvləri ilə görüşündən yazıb

ABŞ mətbuatı Azərbaycan Prezidentinin Qərbi Azərbaycan icması üzvləri ilə görüşündən yazıb

Diaspor Diaspor
Azərbaycan icması Fransa Senatının ermənipərəst qanun layihəsinə etiraz edib

Azərbaycan icması Fransa Senatının ermənipərəst qanun layihəsinə etiraz edib

Diaspor Diaspor
Polşada Azərbaycan icması ilə görüş keçirilib

Polşada Azərbaycan icması ilə görüş keçirilib

Diaspor Diaspor
“100 il”in diaspor siyasəti “Heydər Əliyev” sənədli filmində

“100 il”in diaspor siyasəti “Heydər Əliyev” sənədli filmində

Diaspor Diaspor
Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

Diaspor Diaspor
Fuad Muradov: "Xaricdəki nüfuzlu elm adamları Azərbaycanın ali təhsil ocaqlarına gətirilə bilər"

Fuad Muradov: "Xaricdəki nüfuzlu elm adamları Azərbaycanın ali təhsil ocaqlarına gətirilə bilər"

Diaspor Diaspor
Ukraynada azərbaycanlı iş adamı ölümlə təhdid olunur

Ukraynada azərbaycanlı iş adamı ölümlə təhdid olunur

Diaspor Diaspor
Moskvada yaşayan azərbaycanlı gənclər Novruz bayramını qeyd ediblər

Moskvada yaşayan azərbaycanlı gənclər Novruz bayramını qeyd ediblər

Diaspor Diaspor
Ukrayna Azərbaycanlıları Radası əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edib

Ukrayna Azərbaycanlıları Radası əsir hərbçilərimizin dərhal azad olunmasını tələb edib