Ekspert: "Azərbaycan xarici investisiyalar üçün olduqca əlverişli ölkəyə çevrilib"

Ekspert: "Azərbaycan xarici investisiyalar üçün olduqca əlverişli ölkəyə çevrilib"

"Uzun müddətdir ki, Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1/3 hissəsi, dövlət büdcəsinin 50-55 %-i, ixracın isə 90 %-dək hissəsi birbaşa neft sektorundan qidalanır".

Bu barədə “Birxeber”a iqtisadçı ekspert Xalid Kərimli deyib.

"Ölkəmizin də əsas məqsədi iqtisadiyyatı diversifikasiya etməklə qeyri-neft sektorunu aparıcı mövqeyə gətirməkdir. İqtisadiyyatın diversifikasiya olunması, yəni qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ölkəmiz son zamanlar həm rəqabət mühitinin təkmilləşdirilməsi baxımdan, həm qanunvericiliyin, həm də gömrük-vergi mühitinin təkmilləşdirməsi baxımından əhəmiyyətli addımlar atır. Qeyri-neft sektoruna müxtəlif güzəştlər verilir. Yəni ölkə qeyri-neft sektoruna yerli və xarici investisiyaların qoyulmasında maraqlıdır. Bu baxımdan investisiyaların təşviqi üçün tədbirlər görülür”, - ekspert bildirib.

Xalid Kərimli
Xalid Kərimli

İqtisadçı qeyd edib ki, Qarabağda yaradılan sənaye parklarına rezidentlərin cəlbi prosesi həyata keçirilir:

“Bu təşviqin formalarından biri sənaye və texnologiya parklarının, sənaye məhəllələrin yaradılmasıdır ki, burada əlverişli vergi və inzibatçılıq mühiti mövcuddur. Azərbaycanda hazırda 7 sənaye parkı mövcuddur. Bunların ikisi Qarabağda yaradılıb.

Bundan başqa, “Ələt Azad İqtisadi Zona”sının yaradılması bu aspektdə xüsusi bir layihə kimi nəzərdən keçirilir. Belə bir zonanı yaratmaqla investisiyaların cəlbi gözlənilir və bu istiqamətdə addımlar atılır.

Ölkəmizdə Sahibkarlığın İnkişafı Fondunun vasitəçiliyi ilə qeyri-neft sektoruna ayrılan kredit resurslarının cəlbediciliyi də artırılır. Qeyri-neft sektoruna yatırılan investisiyaların, kreditlərin güzəştli olması üçün resurslar ayrılır, kreditlərin maliyyələşməsi üçün mənbələr yaradılır”.

Ekspert qeyd edib ki, həm ümumi şəkildə iqtisadiyyatın, həm də investisiyalarının cəlbediciliyini artırmaq üçün tədbirlər görülür.

“Spesifik sənaye və texnologiya parklarını, məhəllələri və azad zonanı yaratmaqla xarici və yerli investisiyaların qeyri-neft sektoruna cəlbi nəzərdə tutulur".

Biznes Biznes
Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib

Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib

Biznes Biznes
Deputat xaricdə yaşayan həmvətənlərimizi Qarabağa və Şərqi Zəngəzura investisiya qoymağa çağırıb

Deputat xaricdə yaşayan həmvətənlərimizi Qarabağa və Şərqi Zəngəzura investisiya qoymağa çağırıb

Biznes Biznes
İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Biznes Biznes
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 710 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 710 minə yaxınlaşıb

Biznes Biznes
Azərbaycan gömrükçüləri ötən il 28 mindən çox hüquqpozma faktı aşkar edib

Azərbaycan gömrükçüləri ötən il 28 mindən çox hüquqpozma faktı aşkar edib

Biznes Biznes
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat verib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesabat verib

Biznes Biznes
Rusiya və Çinin ticarət dövriyyəsi 29% artıb

Rusiya və Çinin ticarət dövriyyəsi 29% artıb

Biznes Biznes
Prezident İlham Əliyev: "EIB Azərbaycanın daha 3 sahə üzrə yaxın tərəfdaşı ola bilər"

Prezident İlham Əliyev: "EIB Azərbaycanın daha 3 sahə üzrə yaxın tərəfdaşı ola bilər"

Biznes Biznes
"Azərenerji" 1,7 mln manatlıq xüsusi geyimlər alır

"Azərenerji" 1,7 mln manatlıq xüsusi geyimlər alır

Biznes Biznes
Azərbaycan Almaniya ilə menecerlərin ixtisasının artırılması üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan Almaniya ilə menecerlərin ixtisasının artırılması üzrə əməkdaşlığı genişləndirir

Biznes Biznes
“Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib

“Biznesə daxilolma” işçi qrupunun növbəti iclası keçirilib

Biznes Biznes
Yerli şirkətlərinin Beynəlxalq İslam Qida Assosiasiyasına cəlbi təklif edilib

Yerli şirkətlərinin Beynəlxalq İslam Qida Assosiasiyasına cəlbi təklif edilib