NBC: ABŞ-ın İrana cavab zərbələri bir neçə həftə ərzində baş verə bilər

NBC: ABŞ-ın İrana cavab zərbələri bir neçə həftə ərzində baş verə bilər

Vaşinqton Tehranın dəstəklədiyi silahlı qrupların Suriya-İordaniya sərhədindəki ABŞ bazasına üç amerikalının ölümü ilə nəticələnən hücumuna cavab olaraq bir neçə həftə ərzində İrana hücumlar həyata keçirə bilər.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası zərbələr üçün konkret hədəflər barədə hələ qərar verməyib.

Hədəflərin İrandan kənarda yerləşə biləcəyi güman edilir. Kampaniya həm kiber əməliyyatları, həm də bir sıra digər ölkə və regionlarda hədəflərə qarşı dəqiq zərbələri əhatə edəcək.

Yanvarın 29-da ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ administrasiyasının bölgədəki qoşunlarına və maraqlarına qarşı hücumlara reaksiyası bir neçə mərhələni əhatə edə, çoxsəviyyəli və uzunmüddətli ola bilər.