Xankəndi-Laçın yolunda sülhməramlıların 2 avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda sülhməramlıların 2 avtomobil karvanı maneəsiz keçib - YENİLƏNİB

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, ilk karvanda 9 təminat və təchizat avtomobili, digərində isə 2 minik və 18 təminat və təchizat maşını olub.

Hər iki avtomobil karvanı Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Eyni zamanda daha 2 minik avtomobili Xankəndi-Laçın yolundan keçib.

Bu isə bir daha onu sübut edir ki, aksiyanın keçirilməsinə baxmayaraq, yol humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 38-ə çatıb.

10.41

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, 6 təminat və təchizat avtomobili Laçından Xankəndi, 2 minik maşımı isə əks istiqamətinə maneəsiz hərəkət edib.

Bir minik avtomobil isə əks tərəfə keçib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarına məxsus 91 nəqliyyat vasitəsi maneəsiz hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 117 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

QARABAĞ QARABAĞ
Romanenko: “Azərbaycanın təbii sərvətlərini talan etməyə heç kimin haqqı yoxdur”

Romanenko: “Azərbaycanın təbii sərvətlərini talan etməyə heç kimin haqqı yoxdur”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolu: ekoaksiya gecə boyu da yüksək fəallıqla davam edib 

Xankəndi-Laçın yolu: ekoaksiya gecə boyu da yüksək fəallıqla davam edib 

QARABAĞ QARABAĞ
Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti 31 ildən sonra bərpa edilib

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti 31 ildən sonra bərpa edilib

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 71 avtomobili maneəsiz keçib - YENİLƏNİB-11

Xankəndi-Laçın yolunda sülhməramlıların 71 avtomobili maneəsiz keçib - YENİLƏNİB-11

QARABAĞ QARABAĞ
Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTO

Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTO

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 66 avtomobili maneəsiz keçib - YENİLƏNİB-10

Xankəndi-Laçın yolunda sülhməramlıların 66 avtomobili maneəsiz keçib - YENİLƏNİB-10

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolundakı aksiya davam edir: etirazçılar yüksək fəallıq nümayiş etdirirlər 

Xankəndi-Laçın yolundakı aksiya davam edir: etirazçılar yüksək fəallıq nümayiş etdirirlər 

QARABAĞ QARABAĞ
Şuşada aksiya iştirakçıları üçün konsert proqramı keçirilir 

Şuşada aksiya iştirakçıları üçün konsert proqramı keçirilir 

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər

Xankəndi-Laçın yolunda aksiya keçirilən əraziyə yerli rus icmasının nümayəndələri gəliblər

QARABAĞ QARABAĞ
Rusiyada “Xoca” filminin özəl nümayişi olub

Rusiyada “Xoca” filminin özəl nümayişi olub

QARABAĞ QARABAĞ
"Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin keçidi üçün müvafiq şərait mövcuddur"

"Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin keçidi üçün müvafiq şərait mövcuddur"

QARABAĞ QARABAĞ
Sülhməramlılar aksiya keçirilən ərazidə quraşdırdıqları çadırları söküblər, bütün konteynerləri götürüblər - VİDEO - YENİLƏNİB-2

Sülhməramlılar aksiya keçirilən ərazidə quraşdırdıqları çadırları söküblər, bütün konteynerləri götürüblər - VİDEO - YENİLƏNİB-2