İndoneziya təbii qaz hasilatını artırmağı planlaşdırır
“İndoneziyada neft hasilatı azalır, amma təbii qaz hasilatının artacağı gözlənilir”.
“Birxeber” xəbər verir ki, bunu İndoneziya Energetika və Mineral Ehtiyatlar Nazirliyinin Neft və Qaz Departamentinin Baş direktoru Tutuka Ariaci Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, ölkəsi təbii qaz hasilatının 64%-ni istehlak edir, qalan hissə isə ixrac olunur: “Hasilatı artıra bilsək, ixracı da artıra bilərik”.
T.Ariaci İndoneziyanın əsas mayeləşdirilmiş qaz ixracatçısı olduğunu vurğulayıb: “Ümid edirik ki, biz mayeləşdirilmiş qaz ixracını və hasilatını bu səviyyədə saxlaya biləcəyik. Bu baxımdan BP ilə əməkdaşlıq xüsusilə önəmlidir”.