Mərkəz: "Narkomaniyanı və tüfeyli həyat tərzini aşılayan mahnılar böyük təhlükədir"

Mərkəz: "Narkomaniyanı və tüfeyli həyat tərzini aşılayan mahnılar böyük təhlükədir"

"Son dövrlər mahnı yaradıcılığında ciddi böhran müşahidə olunur".

"Report" xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova mahnıların monitorinqinin nəticələri ilə bağlı keçirilən tədbirdə deyib.

Azərbaycan mahnılarında hind, ərəb, yəhudi və digər yad ritmlərin müşahidə olunmasının artıq adi hala çevrildiyini bildirən G.Əmirova xarici boğaz və yad çalarlardan istifadəni, ifaçılıq sənətinin bəlli qayda-qanunlarından kənara çıxan improvizələri, sözlərin heca-heca tələffüzünü milli musiqimizin inkişafına böyük maneələr kimi səciyyələndirib.

Konkret nümunələrə istinad edən direktor müavini mahnı janrı ilə bağlı ənənələrimizə ciddi xələl gətirən həmin elementlərin bir müddət sonra milli təsir bağışlayacağı ilə bağlı narahatlığını da vurğulayıb.

Son dövrlər mahnı yaradıcılığında ciddi böhranın müşahidə olunduğunu da bildirən G.Əmirova qeyd edib ki, heç bir məna yükü olmayan, bədiilikdən uzaq mətnlər, ifa üçün yetərli olmayan səs tembrləri və texnikalar, sözsüz ki, Azərbaycan xalqının milli mədəniyyətinə xidmət etmir: "Milli dəyərlərimizə zidd davranışları, narkomaniyanı və zərərli vərdişləri, tüfeyli həyat tərzini aşılayan, hətta sui-qəsdə təşviq edən mahnıların təbliği sağlam gəncliyimizin formalaşması üçün böyük təhlükədir.

Beləliklə, mahnı ifaçılarının nitqi üzərində aparılan monitorinqdə başlıca məqsəd Azərbaycan musiqisinin real mənzərəsini göstərməklə sözügedən problemlərin ardıcıl həllinə nail olmaqdır".

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Şahbuzun Batabat yaylağında “Xalq yaradıcılığı” festivalı keçirilir

Şahbuzun Batabat yaylağında “Xalq yaradıcılığı” festivalı keçirilir

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Kino Agentliyinin elan etdiyi müsabiqəyə sənəd qəbulunun vaxtı uzadılıb

Kino Agentliyinin elan etdiyi müsabiqəyə sənəd qəbulunun vaxtı uzadılıb

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Çində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert keçirilib

Çində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert keçirilib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Ukraynanın birinci xanımı Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edib

Ukraynanın birinci xanımı Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edib

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Özbəkistanda ilk dəfə olaraq "Şuşa günləri" qeyd ediləcək

Özbəkistanda ilk dəfə olaraq "Şuşa günləri" qeyd ediləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Moskvada beynəlxalq musiqi festivalı keçiriləcək

Moskvada beynəlxalq musiqi festivalı keçiriləcək

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

Ankarada Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilir

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur

“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Azərbaycan Parisdə keçirilən İncəsənət sərgisində təmsil olunur

Azərbaycan Parisdə keçirilən İncəsənət sərgisində təmsil olunur

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Norveçdə homofobiyaya qarşı qaldırılan mədəniyyət bayrağı - Munkun məşhur “Qışqırıq”ını eşidəcəyiniz muzeydən - REPORTAJ

Norveçdə homofobiyaya qarşı qaldırılan mədəniyyət bayrağı - Munkun məşhur “Qışqırıq”ını eşidəcəyiniz muzeydən - REPORTAJ

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
“Azdrama”ya direktor əvəzi təyin olunub

“Azdrama”ya direktor əvəzi təyin olunub

Mədəniyyət siyasəti Mədəniyyət siyasəti
Mədəniyyət Nazirliyi  İranə Tağızadənin ölümü ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi İranə Tağızadənin ölümü ilə bağlı nekroloq yayıb