Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

"Birxeber" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayev San-Marino və Malta komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının II tur oyununu idarə edəcək.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.