Keniyalı ekofəal: Ermənistan mədən sənayesinin ətraf-mühitə təsirinin nəticələrini paylaşmalıdır

Keniyalı ekofəal: Ermənistan mədən sənayesinin ətraf-mühitə təsirinin nəticələrini paylaşmalıdır

Ermənistanın mədən şirkətlərinin Azərbaycanda və digər ölkələrdə çayları çirkləndirməyə davam etməsindən dərin narahatlıq keçiririk.

Birxeber.Az xəbər verir ki, bu barədə keniyalı ekofəal, “Wote” Gənclərin İnkişafı Təşkilatının direktoru Peter Ouiti deyib.

O bildirib ki, Ermənistan mədən sənayesinin ətraf-mühitə təsirinin qiymətləndirilməsini aparmalı və onun nəticələrini paylaşmalıdır.

“Biz Ermənistan hökumətinin və özəl mədən şirkətlərinin hələ də Azərbaycanda və qonşu ölkələrdə çayları çirkləndirməyə davam etməsindən, flora və faunanı zədələməsindən dərin narahatlığımızı ifadə edirik. Bu qanunsuz fəaliyyətlərin nəticəsində Cənubi Qafqazda ətraf mühit məhv edilir, bölgə xalqlarının təmiz hava, təmiz su haqları pozulur. Ermənistanın mədən sənayesi içməli su ehtiyatlarını, Cənubi Qafqazdakı çayları çirkləndirir. Həmçinin Ermənistan hökuməti və şirkətləri hər iki ölkədəki vətəndaş cəmiyyəti təşkilatlarının narahatlıqlarını dinləmir. Ermənistan hökuməti ətraf-mühitin qorunmasına dair müvafiq protokollara riayət etməli, əks təqdirdə BMT müdaxilə etməlidir. Ermənistan mədən sənayesinin ətraf-mühitə təsirinin qiymətləndirilməsini aparmalı və onun nəticələrinin paylaşılmasını təmin etməlidir”, - keniyalı ekofəal bildirib.