"Azerconnect" şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçilib

"Azerconnect" şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçilib

Dünyanın nüfuzlu “Top Employer Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) "Azerconnect" şirkətini 2023-cü il üzrə Azərbaycanda “Ən Yaxşı İşəgötürən” şirkət sertifikatına layiq görüb.

Bu nüfuzlu mükafata sahib olmaq şirkətin iş dünyasına daha yaxşı bağlılığını, eləcə də şirkətdə insan resurları siyasəti və təcrübəsinin mükəmməl tətbiqini göstərir.

"Azerconnect" insan resursları sahəsində biznes və insan strategiyası, iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 sahədən ibarət 6 istiqamət üzrə qiymətləndirib və mükafata layiq görülüb.

“İnsan kapitalının idarə edilməsi üzrə ən son yeniliklərin tətbiqi sayəsində öz biznes fəaliyyətimizdə xeyli uğurlara nail olmuş və ölkəmizdə bir sıra yeniliklərə imza atmışıq. Şirkətimizin daha yaxşı iş yerinə çevrilməsi istiqamətində göstərdiyimiz səyləri “Top Employer Institute”un da qiymətləndirməsindən və nüfuzlu mükafata layiq görülməyimizdən məmnunam”, - deyə "Azerconnect"in Baş Direktoru Emil Məsimov qeyd edib.

“Azerconnect" olaraq İnsan Resursları sahəsində yüksək standartların tətbiqi, əməkdaşlarımıza layiqli iş şəraiti təmin edilməsi istiqamətində ən yaxşı təcrübələri icra edirik. Bunun üçün çevik iş şəraiti, peşəkar inkişaf, karyera imkanları, inklüziv iş mühiti, liderlik və digər proqramlar ilə əməkdaşlarımızın davamlı inkişafına töhfə vermək istiqamətində çalışırıq. Azərbaycanda ən yaxşı işəgötürən şirkət olaraq seçildiyimiz üçün qürur hissi keçiririk. Bu sertifikat fəaliyyətimizin ən yaxşı beynəlxalq təcrübələrə əsaslandığının göstəricisidir”, - deyə "Azerconnect"in İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva bildirib.

“Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır. Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq. İnsan Resursları sahəsində mükəmməl strategiyası, siyasəti və təcrübələri ilə "Azerconnect" şirkəti işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına sadiq olduğunu, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olduğunu nümayiş etdirir. Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər. Biz bu ilki aparıcı insan yönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq”, - deyə "Top Employer Institute"un Baş Direktoru David Plink qeyd edib.

“Top Employer Institute” insan təcrübələrində mükəmməlliyin tanınması üzrə qlobal təşkilatdır, iş dünyasını zənginləşdirmək üçün təcrübələri sürətləndirməyə dəstək göstərir. “Top Employer İnstitute”nin Sertifikatlaşdırma Proqramı vasitəsilə iştirakçı şirkətlər təsdiqlənə, sertifikatlaşdırıla və ən yaxşı iş yeri olaraq kimi tanına bilər. 30 ildən artıqdır ki, fəaliyyət göstərən “Top Employers Institute” 121 ölkədə/regionda 2053 təşkilatı sertifikatlaşdırıb. Bu sertifikatı əldə etmiş Ən Yaxşı İşəgötürənlər qlobal miqyasda 9,5 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.

"Azerconnect" ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir, "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

İKT İKT
Azərbaycan və Türkiyə fərdi məlumatların mühafizəsi qanunvericiliyini uyğunlaşdırır

Azərbaycan və Türkiyə fərdi məlumatların mühafizəsi qanunvericiliyini uyğunlaşdırır

İKT İKT
RİNN-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri işdən çıxıb

RİNN-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri işdən çıxıb

İKT İKT
Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

İKT İKT
Azərbaycan “Kazan Digital Week” beynəlxalq forumunda iştirak edəcək

Azərbaycan “Kazan Digital Week” beynəlxalq forumunda iştirak edəcək

İKT İKT
Tviter bütün istifadəçilər üçün məhdudiyyət tətbiq edib

Tviter bütün istifadəçilər üçün məhdudiyyət tətbiq edib

İKT İKT
"Azərkosmos" ixrac gəlirlərinin azalmasının səbəblərini açıqlayıb

"Azərkosmos" ixrac gəlirlərinin azalmasının səbəblərini açıqlayıb

İKT İKT
SİMA İmza ilə “MJ Financial Services BOKT"dan kredit əldə etmək daha sürətli və rahat oldu!

SİMA İmza ilə “MJ Financial Services BOKT"dan kredit əldə etmək daha sürətli və rahat oldu!

İKT İKT
Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

İKT İKT
Azərbaycanda internet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?

Azərbaycanda internet provayderlərinin uçota alınması ölkəyə nə verəcək?

İKT İKT
“Gənclər bacarır!” layihəsi yay düşərgəsində

“Gənclər bacarır!” layihəsi yay düşərgəsində

İKT İKT
Azərbaycanda innovasiya ekosistemində ilk onlayn platforma istifadəyə verilib

Azərbaycanda innovasiya ekosistemində ilk onlayn platforma istifadəyə verilib

İKT İKT
Azərbaycanda sığorta sahəsində blokçeyn texnologiyalarının tətbiqi planlaşdırılır

Azərbaycanda sığorta sahəsində blokçeyn texnologiyalarının tətbiqi planlaşdırılır