Azərbaycanda “B-Ready” çərçivəsində internet xidmətləri ilə bağlı icmal hazırlanıb

Azərbaycanda “B-Ready” çərçivəsində internet xidmətləri ilə bağlı icmal hazırlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Dünya Bankı Qrupunun “Business Ready” (B-Ready) yeni layihəsinin “Kommunal xidmətlər” (internet) indikatoru üzrə icmal hazırlayıb.

Bu barədə "Report" İKTA-ya istinadən xəbər verir.

Bildirilir ki, “B-Ready”nin sorğu-anketində “Kommunal xidmətlər” indikatorunun internet xidməti alt göstəricisi ilə bağlı 3 sütun üzrə ümumilikdə 72 sual yer alıb. Həmin sütunların 1-ci və 2-cisində məlumatlar özəl sektor ekspertləri ilə məsləhətləşmələr vasitəsilə toplanır.

3-cü sütun üçün isə 12 sual üzrə məlumatların toplanması biznes subyektlərindən sorğular vasitəsilə həyata keçirilir. Bu kontekstdə 60 sual üzrə icmal təqdim olunur.

İcmalda hər bir indikator üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib. Cədvəlin hazırlanmasında məqsəd geniş auditoriyanın Dünya Bankı tərəfindən aparılacaq sorğuda etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir. İcmaldan müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə oluna bilər.

İKTA hazırlanmış icmalın ictimai müzakirələrin aparılmasına üçün rəsmi saytında yerləşdirilən sorğu-anket üzrə məlumatlarla bağlı veriləcək təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.