Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

“Report” xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlət başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirdi, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirdi.

Dünən Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu dedi, bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğuladı və “Togg”un istehsalına başlanılmasının da bu baxımdan yaxşı nümunə olduğunu bildirdi.

Dövlət başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırıb.

Mustafa Varank “Togg”un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hissi keçirdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət Xarici siyasət
Qusman: “Azərbaycanın səfirliyinə hücumu nə izah etmək, nə də əsaslandırmaq olar”

Qusman: “Azərbaycanın səfirliyinə hücumu nə izah etmək, nə də əsaslandırmaq olar”

Xarici siyasət Xarici siyasət
Nazir: “Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən iddialar Ermənistanın istədiyi kimi nəticələnmədi”

Nazir: “Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində irəli sürülən iddialar Ermənistanın istədiyi kimi nəticələnmədi”

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb

Azərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb

Xarici siyasət Xarici siyasət
Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramovun əsir əsgərlərlə bağlı məktubu BMT-nin sənədi kimi yayılıb

Ceyhun Bayramovun əsir əsgərlərlə bağlı məktubu BMT-nin sənədi kimi yayılıb

Xarici siyasət Xarici siyasət
Deputat: "Təəssüf ki, Fransa hələ də regionda vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirir"

Deputat: "Təəssüf ki, Fransa hələ də regionda vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirir"

Xarici siyasət Xarici siyasət
Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib

Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib

Xarici siyasət Xarici siyasət
Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Bolqarıstan lideri Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Xarici siyasət Xarici siyasət
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB - 2

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB - 2

Xarici siyasət Xarici siyasət
Belçika XİN başçısı: “Belçika Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır”

Belçika XİN başçısı: “Belçika Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır”

Xarici siyasət Xarici siyasət
Serbiyanın sabiq Prezidenti: “Azərbaycanın builki dəstəyi Avropanın enerji sabitliyinə töhfə verib”

Serbiyanın sabiq Prezidenti: “Azərbaycanın builki dəstəyi Avropanın enerji sabitliyinə töhfə verib”

Xarici siyasət Xarici siyasət
Gəncədən daha 3 TIR humanitar yardım Türkiyəyə yola düşüb

Gəncədən daha 3 TIR humanitar yardım Türkiyəyə yola düşüb