Beynəlxalq ictimaiyyət minalara qarşı mübarizədə Azərbaycanla həmrəy olmalıdır

Beynəlxalq ictimaiyyət minalara qarşı mübarizədə Azərbaycanla həmrəy olmalıdır

“Dünya Ermənistanın yerləşdirdiyi minalara qarşı mübarizədə Azərbaycan ilə həmrəylik nümayiş etdirməlidir”.

“Report” xəbər verir ki, bu barədə commonspace.eu saytında dərc olunmuş məqalədə deyilir.

"Dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd olunan aprelin 4-də Azərbaycan öz ərazilərinin minalarla çirklənmə problemləri ilə bağlı maarifləndirmə aparmağa çalışır. Azərbaycan Ermənistanı minatəmizləmə prosesində faydalı ola biləcək hər hansı məlumatı ötürməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyətin iştirakına ehtiyac duyur. Bundan əlavə, regionun minalardan təmizlənməsi və məcburi köçkünlərin geri qayıtması üçün münbit şəraitin təmin edilməsində beynəlxalq ictimaiyyətin dəstəyi alqışalayiq addım olar. Dünya bu cür miqyaslı çağırışlara qarşı mübarizədə həmrəylik nümayiş etdirməlidir”, - məqalədə qeyd olunur.

Müəllif vurğulayır ki, Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra keçmiş məcburi köçkünlər 30 ildən sonra öz doğma yurd-yuvalarına qayıtmaq imkanı əldə etsələr də, Ermənistan tərəfindən minaların yerləşdirilməsi bu prosesi ləngidir.

İşğal zamanı Ermənistanın yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib: “Ermənistan hər yerdə, o cümlədən mülki ərazilərdə minalar yerləşdirib. Bundan başqa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan bu gün də Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan ərazilərində minalar yerləşdirir”.

Belə ki, 2022-ci ilin avqust ayından indiyədək Azərbaycan ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2700-ə yaxın mina aşkar edilib. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində 288-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Rəsmi hesablamalara görə, minatəmizləmə ilə bağlı məsələlərin həlli üçün Azərbaycanın təxminən 25 milyard ABŞ dollarına ehtiyacı var.

Öz növbəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində iş aparır. 2020-ci ilin noyabrından cari ilin fevral ayına qədər Azərbaycanın işğaldan azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib.

QARABAĞ QARABAĞ
Prezidentin köməkçisi: "Qarabağda yaşayan erməni sakinlər son 30 ildə Ermənistanın və qanunsuz rejimin girovu olub"

Prezidentin köməkçisi: "Qarabağda yaşayan erməni sakinlər son 30 ildə Ermənistanın və qanunsuz rejimin girovu olub"

QARABAĞ QARABAĞ
Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən bu gün və sabah götürüləcək

Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən bu gün və sabah götürüləcək

QARABAĞ QARABAĞ
MK: “Pripyatı xatırladan Şuşa fəal şəkildə bərpa olunur”

MK: “Pripyatı xatırladan Şuşa fəal şəkildə bərpa olunur”

QARABAĞ QARABAĞ
Əzmkarlıq, vətənpərvərlik - Xankəndi-Laçın yolunda aksiya axşam da davam edir

Əzmkarlıq, vətənpərvərlik - Xankəndi-Laçın yolunda aksiya axşam da davam edir

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 74 avtomobil maneəsiz keçib - YENİLƏNİB-8

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus 74 avtomobil maneəsiz keçib - YENİLƏNİB-8

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər

Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər

QARABAĞ QARABAĞ
Mayk Doran: “Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox mühüm layihədir”

Mayk Doran: “Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün çox mühüm layihədir”

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb

QARABAĞ QARABAĞ
Təşkilat rəhbəri: "Ermənistanın mina terroru ilə bağlı həqiqətləri dünyaya çatdırmağa çalışırıq"

Təşkilat rəhbəri: "Ermənistanın mina terroru ilə bağlı həqiqətləri dünyaya çatdırmağa çalışırıq"

QARABAĞ QARABAĞ
XİN rəsmisi: “Özbəkistan Qarabağın bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub”

XİN rəsmisi: “Özbəkistan Qarabağın bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub”

QARABAĞ QARABAĞ
Şuşada atəşfəşanlıq olub

Şuşada atəşfəşanlıq olub

QARABAĞ QARABAĞ
Prezident: “Laçın-Xankəndi yolunun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır”

Prezident: “Laçın-Xankəndi yolunun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır”