ETX: “1000-ə yaxın vətəndaş “WhatsApp” hesabının ələ keçirilməsi ilə bağlı müraciət edib”

ETX: “1000-ə yaxın vətəndaş “WhatsApp” hesabının ələ keçirilməsi ilə bağlı müraciət edib”

Son bir gündə Azərbaycanda 1000-ə yaxın vətəndaş “WhatsApp” hesablarının ələ keçirilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, ETX tərəfindən məsələnin araşdırılması məqsədilə “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti ilə danışıqlar aparılır. Araşdırma yekunlaşdıqda bu barədə ictimaiyyətə məlumat təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesablarının təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməyi, tanımadıqları şəxslərdən göndərilən şübhəli keçidlərə daxil olmamağı, onlara göndərilən OTP kodu başqa şəxslərlə paylaşmamağı və tətbiqin ən son versiyasını yükləməyi tövsiyə edir.

Xidmət vətəndaşlara təhlükəsizliklə bağlı tədbirlərin görülməsini və belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə edib.