İtaliya şirkətləri Qarabağdakı biznes layihələrinə maraq göstərir

İtaliya şirkətləri Qarabağdakı biznes layihələrinə maraq göstərir

İtalyan şirkətləri Azərbaycanın biznes mühitində fəal təmsil olunmağa, həmçinin, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya və biznes layihələrində iştiraka maraq göstərir.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarovla görüşdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli deyib.

Görüşdə ölkəmizin investisiya imkanları barədə məlumat verilib, qeyri-neft sektoru sahəsində əməkdaşlığın şaxələndirilməsi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirə aparılıb. Eyni zamanda qarşılıqlı faydalı münasibətlərin dinamik inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən tədbirlərin tərəfdaşlığın, habelə, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində rolu vurğulanıb. Qeyd edilib ki, neft-qaz sahəsində uğurla əməkdaşlıq edən Azərbaycan və İtaliyanın qeyri-neft-qaz sektorunda da əlaqələrinin inkişafı üçün böyük potensial var. Bu baxımdan, “yaşıl” və bərpa olunan enerji, aqrar sənaye, metallurgiya, telekommunikasiya, nəqliyyat və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar diqqətə çatdırılıb, müxtəlif istiqamətlər üzrə iqtisadi əlaqələrin möhkəmlənməsində özəl sektorun önəmli rolu vurğulanıb.

Tədbirdə Azərbaycanın əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan şərait, ölkəmizin tranzit potensialı barədə məlumat verilib, Ələt azad iqtisadi zonasında həyata keçirilən layihələrdə italyan şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb. Bununla yanaşı, "Bakı Gəmiqayırma Zavodu" MMC-nin imkanlarının da İtaliya şirkətləri üçün cəlbedici ola biləcəyi qeyd edilib.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar.

Biznes Biznes
Balıqçılıq təsərrüfatının genişləndirilməsinə 500 min manat güzəştli kredit ayrılıb

Balıqçılıq təsərrüfatının genişləndirilməsinə 500 min manat güzəştli kredit ayrılıb

Biznes Biznes
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Biznes Biznes
Postmüharibə dövründə 9 min Vətən Müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü özünüməşğulluğa cəlb edilib

Postmüharibə dövründə 9 min Vətən Müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü özünüməşğulluğa cəlb edilib

Biznes Biznes
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək

Biznes Biznes
Azərbaycanda dəvəçiliyin inkişafına 0,5 milyon manat güzəştli kredit ayrılıb

Azərbaycanda dəvəçiliyin inkişafına 0,5 milyon manat güzəştli kredit ayrılıb

Biznes Biznes
Naxçıvanda İnvestisiya Forumu keçiriləcək

Naxçıvanda İnvestisiya Forumu keçiriləcək

Biznes Biznes
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri fəaliyyət planlarını deputatlara təqdim ediblər

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri fəaliyyət planlarını deputatlara təqdim ediblər

Biznes Biznes
İsveçrə Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

İsveçrə Azərbaycanın qeyri-neft sektoruna investisiyaları artıracaq

Biznes Biznes
Konyadan Azərbaycana məhsul ixracı 35 % artıb

Konyadan Azərbaycana məhsul ixracı 35 % artıb

Biznes Biznes
Azərbaycanda corab istehsalı müəssisəsi 500 min manat güzəştli kredit alıb

Azərbaycanda corab istehsalı müəssisəsi 500 min manat güzəştli kredit alıb

Biznes Biznes
Azərbaycan xalçaları "Amazon"da satıla bilər

Azərbaycan xalçaları "Amazon"da satıla bilər

Biznes Biznes
“Mercedes-Benz” elektromobilləri üçün yükləmə qurğuları şəbəkəsini yaratmaq istəyir

“Mercedes-Benz” elektromobilləri üçün yükləmə qurğuları şəbəkəsini yaratmaq istəyir