UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb

UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb

UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb.

APA xəbər verir ki, yanvarın 31-də açıqlanmış Webometrics reytinqində UNEC Azərbaycan üzrə 1-ci olub.

“Webometrics”də dünyanın 32000 universiteti arasında 2998-ci yerə yüksələn UNEC, əvvəlki reytinqlə müqayisədə 196 pillə irəliləyərək, dünyanın ən yaxşı 9% universitetləri sırasında yer alıb.

Qeyd edək ki, UNEC bundan öncə, QS Global, QS Europe və QS Sustainability reytinqlərində də ölkə üzrə birinci olub.