Avropa İttifaqının erməni tərkibli missiyası - Xocalı qatillərinin yeni himayədarı - ŞƏRH

Avropa İttifaqının erməni tərkibli missiyası - Xocalı qatillərinin yeni himayədarı - ŞƏRH

Azərbaycan əhalisi ermənilərlə müqayisədə həmişə ayrı-seçkiliyə məruz qalıb. 1918-ci ildə mart soyqırımı zamanı o vaxtkı ABŞ səfirliyinin göstərişi əsasında Güney Azərbaycanda türklərin silahları kütləvi şəkildə müsadirə olunub. 1988-ci il hadisələrindən sonra Azərbaycanda Moskvanın göstərişi əsasında azərbaycanlılara məxsus ov tüfəngləri belə müsadirə edilib.

Ancaq bunun qarşılığında ermənilərə silah verilib, yaxud onları İranda həmin illərdə Fransa ordusunun əsgərləri, sovet hərbçiləri müdafiə edib. Heç şübhəsiz, həmin ordularda ermənilərin də qulluq etdiyi istisna olunmur.

Moskvanın yaratdığı ermənipərəst Arkadi Volskinin Qarabağ Xüsusi Komitəsində çox sayda erməni əməkdaşlar fəaliyyət göstərib. Xocalı soyqırımını törədən Rusiyanın 366-cı motoatıcı alayının tərkibində də erməni hərbçilər qulluq edib. Alay və erməni qanunsuz silahlı dəstələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər bu şəhəri ələ keçirib. Odur ki, 613 dinc sakinin qətlində, 1275 azərbaycanlının girov götürülməsində tərkibində ermənilər olan alayın da əli var. 366-cı alayın Qarabağı 1992-ci il martın 10-da tərk etdiyi bildirildi. Ancaq onlar erməni separatçılarına ümumilikdə 96 ədəd zirehli texnika vermişdi: 9 ədəd T-72 tankı, 5 ədəd BTR-70 döyüş maşını, 49 ədəd BMP-1 piyada döyüş maşını, 28 ədəd BMP-2 piyada döyüş maşını, 5 ədəd BRM-1k döyüş texnikası. Alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla 180 əsgər erməni separatçılarının tərəfində döyüşmək üçün Qarabağda qaldı. Onların arasında Ermənistanın gələcək müdafiə naziri Seyran Ohanyan da var idi. Yəni Rusiyanın SSRİ-dən qalma bu hərbi alayı ermənilər üçün hərbi dəstələr yaratdı.

Azərbaycan keçmiş münaqişə ilə bağlı yaradılan bütün beynəlxalq qurumlardan, vasitəçilərdən ərazi bütövlüyü və suverenliyinin təmin olunması baxımından ziyan görüb.

Başqa bir örnək. Artıq 2022-ci ilin dekabrında Avropa Parlamentində aşkarlanan korrupsiya maxinasiyaları ilə bağlı həbslər keçirilmişdi. Parlamentinin sədr müavini, yunanıstanlı Eva Kayli və daha 4 nəfər Brüssel polisi tərəfindən saxlanılmışdı. Bu 4 nəfər və daha 15 deputat ermənilərə “çirkli pullarla” rüşvət almaq qarşılığında lobbiçilik edirmiş. Yeri gəlmişkən, Natali Luazonun koordinatorluğu ilə Avropa Parlamentinin 30-a yaxın deputatı “Dağlıq Qarabağdakı vəziyyət”lə bağlı müzakirələr keçirmək təşəbbüsünü irəli sürübmüş. Onlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Cozep Borrelə müraciət ünvanlayıblarmış. Sənədi parlamentdəki “Ermənistanla dostluq qrupu”nun üzvləri imzalayıbmış. Sədr müavini Eva Kayli bu qrupun üzvü olub. Bu qrup uzun müddət “çirkli puların yuyulmasında” adı keçən erməniəsilli milyarderlər tərəfindən maliyyələşdirilib. Deməli, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiyaya ilə məşğul olan qrup fəaliyyət göstərib. Onları çirkli pullarla maliyyələşdirənlərdən biri də Azərbaycanın Qarabağ bölgəsinin qızıl mədənlərini talamış Vartan Sirmakes imiş. O, deputatların “dostlarından” olub. Sirmakes İsveçrədə saat şirkəti olan “Franck Muller Group”un baş direktorudur.

Odur ki, Avropa İttifaqının yaratdığı qurumların obyektivliyi şübhəlidir. Ötən ilin sonunda Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədyanı bölgəsində mülki monitorinq missiyası yaradıb. Rəsmi Bakı missiyanın bir çox səbəblərdən obyektiv fəaliyyət göstərəcəyinə şübhə ilə yanaşdığını əvvəlcədən bildirmişdi. Məsələn, onun say tərkibinin artırılması, təchiz olunduğu texnika, müşahidəçilərin ixtisasları və s. şübhə yaradan faktlardan idi. Ancaq Fransanın təşəbbüsü ilə bu qurum yaradıldı və fəaliyyət göstərir.

Monitorinq missiyasının tərkibində İsveç parlamentinin deputatı erməniəsilli Arin Karapet də var. Aİ-nin Ermənistandakı bu missiyası tərkibinə birliyə üzv olmayan 3 dövləti daxil edə bilər. Bu isə İttifaqın missiyasının tərkibinin ermənipərəstlərdən ibarət olacağı ehtimalını artırır. O halda Azərbaycanla sərhədyanı bölgəyə Ermənistanın beynəlxalq missiya adı altında əlavə qüvvələr yerləşdirdiyi qənaətinə gəlmək olar. Avropa İttifaqının qurumlarından birində baş vermiş korrupsiya qalmaqalı missiyanın da obyektiv fəaliyyət göstərəcəyinə şübhələri artırır. Deməli, tərkibində erməniəsillilərin olması, Avroparlamentdə korrupsiya qalmaqalı kimi məlum faktlar missiyanın əldə etdiyi nəticələrin də indidən etibarsız sayılmasına əsas verir. Odur ki, bu mülki müşahidə missiyasını ölü doğulan döl saymaq olar. Belə bir qurumun şərti sərhəddə yerləşdirilməsi Azərbaycanın təhlükəsizliyinin təhdid edilməsidir. Bundan başqa, onların da 366-cı alayın addımlarını təkrarlamayacaqlarına təminat yoxdur.

Analitika Analitika
BMT TŞ-nin iclası Azərbaycan diplomatiyası üçün əzələ nümayişi, Ermənistan üçün isə ağlağanlıq platforması oldu

BMT TŞ-nin iclası Azərbaycan diplomatiyası üçün əzələ nümayişi, Ermənistan üçün isə ağlağanlıq platforması oldu

Analitika Analitika
Terrorçu və separatçıların himayədarı - Qarabağdakı Rusiya "sülhməramlıları"nın əli qana batıb - ŞƏRH

Terrorçu və separatçıların himayədarı - Qarabağdakı Rusiya "sülhməramlıları"nın əli qana batıb - ŞƏRH

Analitika Analitika
Ermənistanın nicat yolu - uydurma tarixdən imtina

Ermənistanın nicat yolu - uydurma tarixdən imtina

Analitika Analitika
"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" - RƏY

"İranın yük maşınları Xankəndinə silah-sursat və yanacaq daşıyıb" - RƏY

Analitika Analitika
Rusiyaya qarşı mübarizənin cəngavəri niyə istefa verir? - ŞƏRH

Rusiyaya qarşı mübarizənin cəngavəri niyə istefa verir? - ŞƏRH

Analitika Analitika
İran vətəndaşlarına sadə vizanın çətinləşdirilməsi – Tehranın qazandığı etimadsızlıq - ŞƏRH

İran vətəndaşlarına sadə vizanın çətinləşdirilməsi – Tehranın qazandığı etimadsızlıq - ŞƏRH

Analitika Analitika
Ermənilərə yeni tapşırıq verəcək missiya - Rusiya və İran, yeni Ermənistanınız mübarək! - ŞƏRH

Ermənilərə yeni tapşırıq verəcək missiya - Rusiya və İran, yeni Ermənistanınız mübarək! - ŞƏRH

Analitika Analitika
“Fransa Ermənistanın Rusiyanın forpostundan çıxarılıb Parisin ağuşuna girməsi üçün addımlar atır” - RƏY

“Fransa Ermənistanın Rusiyanın forpostundan çıxarılıb Parisin ağuşuna girməsi üçün addımlar atır” - RƏY

Analitika Analitika
Ağdamda İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr BMT ilə əlaqələrdə xüsusi əhəmiyyət daşıyır - ŞƏRH

Ağdamda İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr BMT ilə əlaqələrdə xüsusi əhəmiyyət daşıyır - ŞƏRH

Analitika Analitika
Hindistanın Ermənistanla hərbi əməkdaşlığı - Nyu-Dehlini dalana aparan yol - ŞƏRH

Hindistanın Ermənistanla hərbi əməkdaşlığı - Nyu-Dehlini dalana aparan yol - ŞƏRH

Analitika Analitika
Azərbaycanın Orta Şərqdə fəallığı - mümkün yeni formata doğru - ŞƏRH

Azərbaycanın Orta Şərqdə fəallığı - mümkün yeni formata doğru - ŞƏRH

Analitika Analitika
Azərbaycan-Türkiyə birgə təlimi: hikkəli və kinli Tehrana mühüm ismarış - ŞƏRH

Azərbaycan-Türkiyə birgə təlimi: hikkəli və kinli Tehrana mühüm ismarış - ŞƏRH