İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə edib.

Dövlət başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirib.

Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.

Xarici siyasət Xarici siyasət
Baş konsul: “Azərbaycan-Türkiyə əməkdaşlığı bundan sonra da uğurla həyata keçiriləcək”

Baş konsul: “Azərbaycan-Türkiyə əməkdaşlığı bundan sonra da uğurla həyata keçiriləcək”

Xarici siyasət Xarici siyasət
Yunanıstanın Azərbaycandakı səfiri Xələf Xələfovla görüşüb

Yunanıstanın Azərbaycandakı səfiri Xələf Xələfovla görüşüb

Xarici siyasət Xarici siyasət
Tacikistan Azərbaycana yeni səfir təyin edib

Tacikistan Azərbaycana yeni səfir təyin edib

Xarici siyasət Xarici siyasət
Yasmin İvanoviç: “Azərbaycanın ədalət mübarizəsini tam dəstəkləyirəm”

Yasmin İvanoviç: “Azərbaycanın ədalət mübarizəsini tam dəstəkləyirəm”

Xarici siyasət Xarici siyasət
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib - YENİLƏNİB

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”

Lavrov: “Azərbaycan və Ermənistan liderlərinin Praqa razılaşması mühüm əhəmiyyət kəsb edir”

Xarici siyasət Xarici siyasət
Toivo Klaar: "Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcək"

Toivo Klaar: "Aİ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcək"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN: Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir

Azərbaycan XİN: Türkiyəyə növbəti yardıma hazırlıq tam sürətlə davam edir

Xarici siyasət Xarici siyasət
Şavkat Mirziyoyev: "Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir"

Şavkat Mirziyoyev: "Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir"

Xarici siyasət Xarici siyasət
Hindistan xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Hindistan xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Xarici siyasət Xarici siyasət
Fransa parlamentinin sədri: "Bütün səylərimiz Ermənistan-Azərbaycan dialoqunun bərpasına yönəlib"

Fransa parlamentinin sədri: "Bütün səylərimiz Ermənistan-Azərbaycan dialoqunun bərpasına yönəlib"

Xarici siyasət Xarici siyasət
BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycana rəsmi səfərə gedib

BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycana rəsmi səfərə gedib