“Azərsığorta”nın portfeli "Qala Sığorta"ya ötürülüb - EKSKLÜZİV

“Azərsığorta”nın portfeli "Qala Sığorta"ya ötürülüb - EKSKLÜZİV

Prezident İlham Əliyevin fərmanı ilə bu gün ləğv edilən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin portfeli "Qala Sığorta" şirkətinə ötürülüb.

Bu barədə "Birxeber.Az-Economics"ə "Azərsığorta"dan bildirilib.

Məlumata görə, artıq sığorta müqavilələrinin yenilənməsi və sığorta hadisələrinin tənzimlənməsi "Qala Sığorta"nın nümayəndələri tərəfindən həyata keçirilir.

Xatırladaq ki, bu ilin yanvarın 1-nə “Azərsığorta”nın yığım portfeli 28,8 milyon manat təşkil edib. Sığorta şirkəti 2023-cü ildə ümumilikdə 16,6 milyon manat ödəniş edib.