"Milan"ın qapıçısı irqçiliyə məruz qalıb

"Milan"ın qapıçısı irqçiliyə məruz qalıb

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan irqçiliyə məruz qalıb.

"Report" xəbər verir ki, hadisə komandanın "Udineze"ni səfərdə məğlub etdiyi A Seriyasının XXI turunun oyununda baş verib.

Qarşılaşmanın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddət dayandırıb. Mayk Menyan isə paltardəyişmə otağına yollanıb.

Daha sonra matç bərpa olunub və "Milan" 3:2 hesablı qələbə qazanıb.