Naxçıvanda əmək hüquqları ilə bağlı 232 dövlət müəssisəsi barədə inzibati tədbir görülüb

Naxçıvanda əmək hüquqları ilə bağlı 232 dövlət müəssisəsi barədə inzibati tədbir görülüb

"Ötən il 232 dövlət və 147 qeyri-dövlət müəssisəsinə bildiriş göndərilib".

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, bunu 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazir Ceyhun Cəlilov deyib. O, bildirib ki, əmək hüquqlarının pozulmasına ilə bağlı 2022-ci il ərzində vətəndaşlardan 22 müraciət daxil olduğu halda, 2023-cü ildə isə bu istiqamətdə 285 vətəndaşın müraciəti araşdırılıb: "2023-cü ildə aparılmış elektron monitorinqlər nəticəsində istehsalatda bədbəxt hadisələrdən sığortalanma və minimum əmək haqqından aşağı məbləğdə formalaşmış əmək münasibətləri səbəbindən 232 dövlət və 147 qeyri-dövlət müəssisəsinə bildiriş göndərilib, müvafiq inzibati tədbirlər görülüb".