UEFA Millətlər Liqası: Polşa Uelsi məğlub etdi

UEFA Millətlər Liqası: Polşa Uelsi məğlub etdi

UEFA Millətlər Liqasında 2022/2023 mövsümünə start verilib.

Birxeber "Birxeber"a istinadən xəbər verir ki, I turun ilk oyun günündə bir qarşılaşma oynanılıb.

A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

52-ci dəqiqədə Uelsin futbolçusu Conatan Uilyams hesabı açıb. 72-ci dəqiqədə Yakub Kaminski tarazlığı bərpa edib. 85-ci dəqiqədə Karol Sviderski Polşaya qələbə qazandıran qola imza atıb.

Birxeber