İKTA “B-Ready”nin “Kommunal xidmətlər” indikatoru üzrə icmal hazırlayıb

İKTA “B-Ready”nin “Kommunal xidmətlər” indikatoru üzrə icmal hazırlayıb

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Dünya Bankı Qrupunun yeni layihəsi olan “Business Ready”nin (B-Ready) “Kommunal xidmətlər” (internet) indikatoru üzrə icmal hazırlayıb.

Agentlikdən "Birxeber.Az-Economics"ə verilən xəbərə görə, “B-Ready”nin sorğu-anketində “Kommunal xidmətlər” indikatorunun internet xidməti alt göstəricisi ilə bağlı 3 sütun üzrə ümumilikdə 72 sual yer alıb. Həmin sütunların 1-ci və 2-cisində məlumatlar özəl sektor ekspertləri ilə məsləhətləşmələr vasitəsilə toplanır.

3-cü sütun üçün isə 12 sual üzrə məlumatların toplanması biznes subyektlərindən sorğular vasitəsilə həyata keçirilir. Bu kontekstdə 60 sual üzrə icmal təqdim olunur.

İcmalda hər bir indikator üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib. Cədvəlin hazırlanmasında məqsəd geniş auditoriyanın Dünya Bankı tərəfindən aparılacaq sorğuda etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir. İcmaldan müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə oluna bilər.

İKTA hazırlanan icmalın ictimai müzakirələrin aparılmasına töhfə verməsi hədəfi ilə rəsmi saytında yerləşdirilən sorğu-anket üzrə məlumatlarla bağlı veriləcək təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.