Fransa şirkəti Ermənistanla birgə silah istehsal etməyi planlaşdırır

Fransa şirkəti Ermənistanla birgə silah istehsal etməyi planlaşdırır

Fransanın “Safran Group” şirkəti Ermənistanla birgə silah və komponentlərin istehsalına başlamağı planlaşdırır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə bir sıra KİV-lər məlumat yayıb.

Bu şirkət aviasiya üçün komponentlər istehsal edir. O, 2005-ci ildə təyyarə, raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı “Snecma” və elektronika istehsalçısı SAGEM-in birləşməsi nəticəsində yaranıb.

“Safran Group” həmçinin müasir multispektral durbin, lazer məsafəölçənləri və “Patroller MALE” pilotsuz uçuş aparatları istehsal edir.